Goranboyda avtomobil qaçıran şəxs Gəncədə qəza törədib
2020-11-19 14:01
Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Gəncə sakini Nəbiyev Dəliməmmədli şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Dəliməmmədli şəhər sakini İmanov tərəfindən qaçırıldığı, Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətdiyi müəyyən edilib. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən İmanov saxlanılıb.
Nərgiz Camal