Goranboyda ananın doğuşdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

2019-09-11 12:16

Goranboyda Şahməmmədli kənd sakini, 22 yaşlı Əfsanə Quliyevanın uşaq dünyaya gətirdikdən sonra ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci - səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə iş açılıb. Bir neçə gün əvvəl Quliyeva qız övladı dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Körpənin vəziyyəti normal qiymətləndirilir.

Vəfa Şairova