Goranboyda ağır qəza olub, iki gənc ölüb
2020-09-01 10:03
Goranboy rayonu Səfikürd kəndi istiqamətində ağır qəza olub. “Mercedes” “Azsamand”la toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə Aşağı Ağcakənd kənd sakinləri - 27 yaşlı Samir Xanlarov hadisə yerində, 20 yaşlı Əli Məmmədov isə xəstəxanada dünyasını dəyişib.
Fərid Mehdiyev