Canlı
Goranboyda 5 yaşlı oğlanı avtomobil vurub

2018-05-15 / 18:09

Goranboy rayonunda azyaşlını avtomobil vurub. Hadisə rayonun Zeyvə kəndində qeydə alınıb. 5 yaşlı Mayıl Quliyev xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal