Goranboyda 4 il əvvəlki oğurluğa görə 3 nəfər tutulub
Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb. Bu ilin oktyabrında quldurluq etdiyinə görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb. O, 2019-cu ilin oktyabrında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə Qızılhacılı qəsəbəsində evdən içərisində 6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıb. Araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev