Canlı
Goranboyda 2 qəza 2 yaralı

2018-07-12 / 13:23

Ötən axşam Goranboy rayonunda 2 yol nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistral yolun Goran qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan “VAZ 21 099” markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Nəticədə avtomobildə olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Rayonun Faxralı kəndində isə “Mercedes” markalı avtomobil hərəkətdə olarkən təkəri partlayıb və maşın yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan Gülhər Musayeva xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Fərid Mehdiyev