Goranboyda 15 cinayətkar saxlanılıb
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar-fevral ayları ərzində rayon ərazisində keçirilən əməliyyat-profilaktiki tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, və digər cinayətlər törədən ümumilikdə 15 nəfər saxlanılıb. Həmin şəxslərdən 4-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
Vüsalə Cənnətova