Canlı
Goranboyda 14 km-lik avtomobil yolu yenidən qurulur

2018-02-12 / 16:02

Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin Goranboy rayonunun Dəliməmmədli şəhərinə rahat gediş-gəlişinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikanın istənilən istiqamətinə hərəkətinə imkan verəcək. Uzunluğu 14 km olan yolun təmiri ilə yanaşı Goranboyun Hazırəhmədli, Göynüyən və Qarasuçu kəndlərinə gedən avtomobil yolu da yenidən qurulur.

Fərid Mehdiyev