Goranboyda şadlıq sarayının fəaliyyəti dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən Azər Nəriman oğlu Verdiyevə məxsus olan şadlıq sarayında yoxlama aparıblar.Obyektin fəaliyyətində bir sıra texniki normativ-hüquqi tələblərin pozulduğu aşkar edilib.Havalandırma sisteminin quraşdırılmadığı, həmçinin mətbəx və xidmət sahələrində döşəmə və divarların sanitariya tələblərinə uyğun materialla üzlənmədiyi müəyyən olunub. Bundan başqa, qida ilə təmasda olan avadanlıqların təmiz saxlanılmaması və korroziyaya uğraması faktları da qeydə alınıb.Aşkarlanan nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyətinə məhdudiyyət tətbiq olunub, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası üçün məcburi göstərişlər verilib.

07 may 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik