Goranboy və Sumqayıtda yanğınlar olub
Goranboy şəhərində avtomobil təmiri sexində təmirə dayanan "VAZ" markalı minik avtomobili yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sumqayıt şəhərində isə Qurd dərəsi yaşayış massivi ərazisində 500 kv.metr kol-kos və 7 ədəd müxtəlif ağac yanıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Vüsalə Cənnətova