Goranboy və Sabirabadda yol qəzası olub, xəsarət alanlar var
Bakı-Qazax magistral yolunun Goranboydan keçən hissəsində yol-nəqliyyat hadisəsi olub. Xəsarət alan, 1969-cu il təvəllüdlü B.Hüseynov və 1981-ci il təvəllüdlü Y.Namazov xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi qiymətləndirilir. Sabirabadın Qaratəpə kəndində də qəza olub. 5 nəfər, rayonun Qəfərarxı kənd sakini müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Nərgiz Camalzadə