Goranboy sakinindən odlu silah götürülüb
2021-06-15 16:04
Göygöl polisi Goranboy rayon sakininin idarə etdiyi “UAZ” markalı avtomobilə baxış keçirib. Nəqliyyat vasitəsindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Sabirabad rayonunun Həşimxanlı kəndində isə ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli ev yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Alov söndürülüb.
Nərgiz camal