Goranboy sakini qohumunun üzərinə avtomobil sürərək onu öldürüb
2021-09-23 10:08
Goranboyun Buzluq kənd sakinləri 65 yaşlı Əmiraslan Nağıyevlə 55 yaşlı Fərrux Qasımov arasında mübahisə əlbəyaxa davaya çevrilib. Nağıyev qohumunu küçənin ortasında döyüb, sonra "Niva" markalı avtomobili üzərinə sürərək onu öldürüb. Əmiraslan Nağıyev saxlanılıb. Bundan başqa rayonda yük yeri buğda ilə dolu olan "MAN" markalı maşın Gəncə istiqamətdə hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Qoşqudakı 20 tona yaxın buğda dağılıb.
Fərid Mehdiyev