Goranboy sakini avtomobilini vuran şəxsin üstündən maşınla keçərək qaçıb
Goranboyda Tarzan Şamilov idarə etdiyi "Ford Fusion "markalı minik maşını ilə həmkəndlisi Əhməd Ərəbovun idarə etdiyi "KiA"markalı minik maşınını arxadan vurub. Qəzadan sonra KİA-nın sürücüsü avtomobilini saxlayaraq yerə düşüb. Hadisəni törədən Tarzan Şamilov isə Əhməd Ərəbovu maşınla vuraraq üstündən keçib. Xəsarət alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən Tarzan Şamilov hadisə yerindən qaçsa da polis tərəfindən saxlanıb. Araşdırma aparılır.
Fərid Mehdiyev