"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
2020-08-12 10:05
"Google" "Android" smartfonların köməyi ilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmağı planlaşdırır. "Sizin "Android" yaşadığınız yerdən asılı olmayaraq zəlzələ haqqında xəbərdarlıq sisteminin bir hissəsi ola bilər. Bu, o deməkdir ki, sizin telefonunuz mini-seysmometr ola bilər və dünyanın ən böyük zəlzələlərin müəyyən edilməsi üçün sistemin yaradılması məqsədilə milyonlarla digər "Android" telefonlarına qoşula bilər", - deyə şirkət məlumat verib.
Vəfa Şairova