Gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb
Polis Abşeron rayonu, Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlandığını müəyyən edib. Dəstə üzvləri yuyucu vasitələrin topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar. Məhsulların tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev