Gizli nişan mərasimi etmək istəyənlər saxlanılıblar
2021-03-12 14:06
Tovuz polisi Bozalqanlı kəndində gizli keçirilən nişan mərasimini dayandırıb. 9 nəfər məclis iştirakçısını hər biri 200 manat məbləğində cərimə edilib. Paytaxt ərazisində isə aktiv koronavirus xəstəsi olan 59 yaşlı K.Axundova və 32 yaşlı İ.Quliyev ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlar evə geri qaytarılıb. Qadının barəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
Vəfa Şairova