Gimnastlarımız Türkiyənin İzmir şəhərində keçirilən Türkiyə Çempionatında uğurla iştirak ediblər
2021-10-04 16:00
Gimnastlarımız Türkiyənin İzmir şəhərində keçirilən Türkiyə Çempionatında uğurla iştirak ediblər. Böyüklər arasında çıxış edən Selcan Mahsudova 1-ci olub. 13-14 yaşlı gimnastlar arasında yarışan Mahsud Maqsudov da fəxri kürsünün ilk pilləsində yer alıb. İdmançılarımız 13-14 yaşlı gimnastlar arasında komanda hesabında isə gümüş medal qazanıblar. Növbəti gümüşü komandamızın aktivinə 10-12 yaşlı gimnastlarda yarışan Ammar Baxşaliyev yazdırıb.
Nərgiz camal