Gimnastlarımız Dünya Yaş Qrupları Yarışlarında finala yüksəlib
2021-05-21 16:10
Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının birinci günündə 12-14 yaş qruplarında üçlüklər arasında Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımovadan ibarət komandamız finala yüksəlib. Məryəm Topçubaşova, Fidan İbrahimova və Evelina Kozlovskayadan ibarət digər azərbaycanlı üçlük isə 10-cu yeri tutub. Həlledici mərhələyə yüksələn digər komandalar bunlardı: Rusiya, Macarıstan, Portuqaliya, Bolqarıstan və Ukrayna. Gimnastlarımız 15-17 yaş arası fərdi hərəkətlərdə isə finala vəsiqə qazana bilməyiblər.
Vüsalə Camal