Gimnastlarımız birinci dünya çempionatında çıxış edəcəklər
Azərbaycanın 13 gimnastı Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışlarına qatılacaq. Həmçinin gənclər arasında birinci dünya çempionatında çıxış edəcəklər. Hər iki mötəbər turnir 16-19 noyabr tarixlərində baş tutacaq.
Lalə Nəsib