Gimnastlarımız beynəlxalq turnirdə ikinci yeri tutublar
2021-04-10 10:00
Azərbaycan təmsilçiləri Qahirədə keçirilən aerobika gimnastikası üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər. Gimnastika Federasiyasından verilən məlumata görə, yığma komandamızın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüklər arasında fərqlənərək, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər. Turnir bu gün yekunlaşacaq.
Fərid Mehdiyev