Gimnastımız tamblinq üzrə finala çıxıb
2021-11-26 14:10
Azərbaycan gimnastı Tofiq Əliyev Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 17-21 yaş qrupu kişilər arasında tamblinq üzrə finala çıxıb. O, təsnifat mərhələsində 69.800 xal yığıb və birinci olub. 28 noyabradək davam edəcək Yarışlarda 32 ölkədən 650 idmançı iştirak edir.
Vüsalə camal