Gimnastımız dünya kuboku yarışlarında bürünc medal qazanıb
2021-05-31 10:09
Aerobika gimnastlarımızın Vətəndə dünya çempionu olduqdan sonra daha bir medal xəbəri Bolqarıstanın Varna şəhərindən gəlib. İdmançımız Varnada keçirilən idman gimnastikası üzrə dünya kubokunda fərqlənib. İvan Tixonov kubok yarışlarının sonuncu günündə dayaqlı tullanma aləti üzrə icra etdiyi çıxışına görə bürünc medal qazanıb.
Nərgiz camal