Canlı
Gimnastımız Avropa Çempionatında qızıl medal qazanıb

2018-04-16 / 08:59

Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb. O, tamblinq yarışında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub. Qadınlar arasında batut gimnastikası üzrə yarışlarda təmsilçilərimiz Veronika Zemlyanina və Svetlana Makştarova cütlüyü gümüş medala layiq görülüblər.

Vəfa Şairova