Gilyerme Pato karyerasını Braziliyada davam etdirməyə yaxındır
“Neftçi”nin yarımmüdafiəçisi Gilyerme Pato karyerasını ölkəsi Braziliyada davam etdirməyə yaxındır. 22 yaşlı hücumçu “Fiqueysense”yə keçmək üzrədir. C seriyasında çıxış edən klubun futbolçu ilə danışıqları müsbət keçib. “Sambaçı” özü də ölkəsinə qayıtmaq niyyətindədir. Həmçinin, “Neftçi”nin rəhbərliyi əsas heyətə düşə bilməyən oyunçusu ilə yolları ayırmaqda maraqlıdır.
Vüsalə Cənnətova