Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər
2020-01-08 14:00
Prezident İlham Əliyevin qərarı ilə 2020-ci ildə məcbur köçnüklər üçün inşa edilən mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Heseynovun sözlərinə görə, qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət olan 4700-ə yaxın mənzil Nazirliyin balansına verilib. İşğaldan azad edilən ərazilərə qayıdış zamanı məcburi köçkün düşən insanlara üstünlük veriləcəyini söyləyən sədr müavini bildirib ki, hansısa məcburi köçkün işğaldan azad edilən yerə qayıtmasa onun məcburi köçkün statusu ləğv ediləcək. Nəticədə məcburi köçkün və onlara bərabər tutulanlara şamil edilən imtiyazlar öz qüvvəsini itirmiş olacaq.
Nərgiz camal