Canlı
"Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib

Yeni çağırışlar, dünyada islamofobiyanın artması türkdilli ölkələrin qarşılıqlı fəaliyyətini xüsusən vacib edir. Dünyada baş verən hadisələr və separatizm mövcud çağırışların fonunda türk dilli ölkələrin əməkdaşlığının daha da inkişafını zəruri edir. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstun Həbibbəyli "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfransda belə deyib. Tədbirdə təşkilata daxil olan ölkələrin müxtəlif sahələrdə fəaliyyətinə diqqət çəkilib.

Vəfa Şairova