"Gent"in 2 futbolçusu "Qarabağ"la oyuna qatılmaya bilər
"Gent"in daha iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər. Bunlar müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsagerdir. Okumu Bakıdakı ilk görüşdə xəsarət alıb. Hülsager isə yerli çempionatın 26-cı tur oyununda sıradan çıxıb. "Qarabağ" "Gent"ə qarşı cavab matçını sabah Belçikada keçirəcək. İlk oyun "köhlən atlar"ın 1:0 xeyrinə başa çatıb.
Vəfa Şairova