"Gent" klubunun futbolçuları "Qarabağ"la oyundan əvvəl zədələrini bərpa edəcəklər
Belçikanın "Gent" klubunun iki futbolçusu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl zədəsini bərpa edəcək. Müdafiəçi Nurio Fortuna və danimarkalı yarımmüdafiəçi Endryü Hülsagerin görüşdə meydana çıxmaq ehtimalı var. Daha əvvəl Darko Lemayiç və Kamil Pyontkovskinin Bakıdakı qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Vüsalə Cənnətova