"Gent" Emmanuel Urbanı heyətinə cəlb edib
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan "Gent" nigeriyalı futbolçu Emmanuel Urbanı heyətinə cəlb edib. 21 yaşlı hücumçu son olaraq Norveçdə "Stabek"in formasını geyinib. O, ötən mövsüm 24 oyunda 19 qol vurub. “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə ayın 23-də Gentdə baş tutacaq.
Vəfa Şairova