Canlı
Gec yaşda ana olmaq qadının xərçəngə tutulma riskini artırır

2018-08-09 / 16:09

30 yaşdan sonra ana olacaq qadınların süd vəzi xərçənginə tutulma ehtimalı daha çoxdur. Bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov deyib. "Misal üçün 20 yaşında ailə quran qadının süd vəzi xərçənginə tutulması 30 yaşlı qadından 10% daha aşağıdır. Beləliklə xərçəng xəstəliyinə tutulma ehtimalı hər artan 10 ilə 10% çoxalır”, - deyə Qasımov qeyd edib.

Ruhəngiz Hacızadə