Gecə klubunda partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb
2021-04-04 18:05
Hazırda xəstəxanalarda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alan 16 nəfər var. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında deyilir ki, onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir. Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Partlayışda ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.
Vüsalə camal