2020-10-09 10:00
Cəbhə boyu gərgin döyüşlər davam edib. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb. Ermənilərin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib. Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan düşmənin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb. Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 T-72 tankı, 2 PDM-i, 4 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 D-30 haubitsa topu, 2 radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edilib. Ermənilərin 49-cu tank briqadasına məxsus 6 T-72 tankı ələ keçirilib.
Fərid Mehdiyev