Canlı
Gəndob-Yalama yolunda qəza baş verib, xəsarət alanlar var

2018-06-12 / 16:11

Gəndob-Yalama yolunun Şabranın Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qəza baş verib. Nəticədə Şabranın Aygünlü kənd sakinləri Anar Həmidli və Şaq Quliyev xəsarət alıb. Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağırdır. Fakt araşdırılır.

Fərid Mehdiyev