Gənclər Gəncədə erməni terrorunun izləri ilə tanış olublar
2020-11-11 14:05
Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri Gəncədə erməni terrorunun izləri ilə tanış olub, dağılan və zərər görən ərazilərə baş çəkiblər. Tədbirdə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağılan evlərin ətrafına gül düzülüb, qətlə yetirilənlərin ruhuna dualar oxunub. Şuranın sədri Məryəm Məcidova qalibiyyət əldə etməyimizdə arxa cəbhədə savaşan gənclərin də rolunu xüsusi vurğulayıb. 30 ildir gözlənilən qələbəni eyni zamanda Azərbaycan gəncliyinin qələbəsi kimi qiymətləndirib.
Vəfa Şairova