Gənclər azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsində iştirak edəcək
2021-03-30 18:10
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verilir. Birlikdən verilən məlumata görə, Ermənistanın 30 illik işğalı nəticəsində təbiətimizə vurulan ziyan araşdırılacaq, ərazilərin bərpası üçün beynəlxalq təcrübə öyrəniləcək və ekoloji ziyanın miqyasının ölçülməsi üçün metodologiya və qaydalar hazırlanacaqdır. Ətraf mühit sahəsində təhsil və təcrübəsi olan gənclər İctimai Birliyə müraciət edə bilərlər.
Vüsalə Camal