Gənc güləşçilərimiz uğurlu çıxışlarını davam etdirirlər
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında gümüş medal əldə edib. Zirəddin Bayramov 65, Əşrəf Aşırov isə 79 kq-da yalnız finalda məğlub olublar. Kənan Heybətov 70 kq çəkidə bürünc medal qazanıb. Qadın güləşçi Elnurə Məmmədova isə bu gün üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq. Daha əvvəl Abdulcəlil Şabanov və Vaxit Qalayev millimizin aktivinə bürünc medal yazdırmışdılar.
Emin İsazadə