Azad edilmiş ərazilərdəki kilsələr Alban məbədləridir və bu irsin varisi Azərbaycan dövlətidir. Ermənistandakı revanşist qüvvələrin Qafqaz Albaniyası ilə yanaşı, Alban-Udi anlayışından da narahat olduqları bildirilib.Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili həmçinin Azərbaycandakı tolerantlığın və dini mühitin Alban-Udi icması üçün böyük mənəvi əhəmiyyət daşıdığını deyib.Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət edən Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari icma üzvlərinin uzun illərdən sonra Gəncəsər monastırını ziyarət etməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.Rafiq Danakari deyib ki, torpaqların azad olunmasından sonra müqəddəs məkana rahat şəkildə gəlmək mümkün olub. Ziyarət zamanı şəhidlərin ruhuna dualar edilib, onların xatirəsi yad olunub və şamlar yandırılıb.
21 sentyabr 2026

