Canlı
Gəncənin yol polisi valideynlərə xəbərdarlıq edib

2018-09-14 / 12:06

Yeni dərs ilinin başlanması ilə əlaqədar Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi gücləndirilmiş iş rejiminə keçir. Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yollarda təhlükəsizliyə nəzarət artırılacaq. Yol polisi valideynlərə xəbərdarlıq da edib: dərs günü şəxsi avtomobillərini yeniyetmələrin idarə etməsinə imkan verməsinlər. Məktəblərin qarşısında sıxlığın aradan qaldırılması üçün də tədbirlər gücləndiriləcək.

Vəfa Şairova