Gəncənin qəsəbələri dezinfeksiya edilib
2020-06-30 14:00
Gəncənin 5 qəsəbəsində genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin 50-ə yaxın canlı qüvvəsi qəsəbədaxili yolları, sakinlərin gediş-gəlişi üçün səkiləri, qapıların qarşısı xüsusi çiləyici aparatlarla dərmanlanıb. Qəsəbələrin dizinfeksiya işləri başa çatdıqdan sonra çoxmərtəbəli yaşayış binalarında təkrar tədbirlər görüləcək.
Nərgiz Camal