Gəncənin Nizami və Kəpəz rayonları ləğv olunur
2021-02-15 14:05
Milli Məclisin bu gün keçirilən iclasında Gəncənin iki rayonun ləğv edilməsi ilə bağlı məsələ müzakirə edilib. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunun layihəsində şəhərin tərkibindəki Kəpəz və Nizami rayonlarının ləğv edilərək Respublikanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Nərgiz camal