Gəncənin mərkəzi bazarına raket atıldı
2020-10-05 14:00
“Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə qarşı intensiv raket hücumları mülki insanları öldürmək məqsədilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşımalıdır”. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev - “Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın hərbi əhəmiyyəti necə ola bilər? Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədilə edilib”, - deyə o vurğulayıb.
Vüsalə Camal