Gəncənin kişilərdən ibarət eyniadlı komandası Azərbaycan basketbolunun xəritəsinə qayıdır

2019-10-09 18:04

Gəncənin kişilərdən ibarət eyniadlı komandası Azərbaycan basketbolunun xəritəsinə qayıdır. Nizami yurdunun təmsilçisi sabah startı veriləcək Super Liqada mübarizəyə qoşulacaq. Sonuncu dəfə 2014-cü ildə elitada təmsil olunan Gəncə klubuna yenə Rizvan Səfərov baş məşqçilik edəcək. “Gəncə” çempionata yarışın digər bölgə komandası olan “Zirvə-Astara”ya qarşı oyunla başlayacaq.

Ruhəngiz Hacızadə