Gəncənin erməni təcavüzünə məruz qalması hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Prezident İlham Əliyev
2021-01-31 14:00
İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub. Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak olub, erməni faşizminin qurbanı olub. Şəhər həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulub. Gəncəyə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyev bildirib ki, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.
Vüsalə camal