Gəncənin 45 orta məktəbində IV siniflərdə monitorinq keçirilib
Bu gün Gəncənin 45 orta məktəbində IV siniflərdə monitorinq keçirilib. Tədris dili və riyaziyyat fənləri üzrə aparılan imtahanlarda 4 mindən çox şagird iştirak edib. Sabah da davam edəcək monitorinqlərdə ölkə üzrə ümumilikdə 300 minə yaxın şagirdin iştirakı nəzərdə tutulub.
Vüsalə Cənnətova