Gəncəni raket atəşinə tutması haqqında tacik dilində geniş material yerləşdirilib
2020-10-15 14:00
Tacikistanın “faraj.tj” portalı Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması haqqında tacik dilində geniş material yerləşdirib. Yazıda bildirilir ki, Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu 1949-cu il Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir və Ermənistan bu hərəkətə görə cavab verməli olacaq. "Belə qədim tarixi və abidələri olan Gəncənin raket atəşinə tutulması vandalizmdən başqa bir şey deyil" - deyə yazıda vurğulanır.
Nərgiz Camal