Canlı
Gəncəli tatami ustası cüdo üzrə açıq Avropa Kubokunda iştirak edəcək

2018-08-07 / 16:05

Gəncəli tatami ustası İlkin Babazadə Azərbaycan millisinin heyətində Belarusun paytaxtı Minskdə keçiriləcək cüdo üzrə açıq Avropa Kubokunda iştirak edəcək. Yarış avqustun 18-də start götürəcək. Gənc cüdoçu 66 kq çəkidə güləşəcək. 36 ölkədən 400-ə yaxın idmançının qatılacağı Avropa Kubokunda Nizami yurdunun təmsilçisi yığma komandanın əsas medal ümidlərindən sayılır.

Ruhəngiz Hacızadə