Canlı
Gəncəli pəhləvan İranda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

2018-02-12 / 16:04

Gəncəli pəhləvan Murad Süleymanov İranda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. O, Təbriz şəhərində reallaşan sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku"nda fəxri kürsüyə yüksəlib. 23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi yarışda Süleymanov 79 kq-da fərqlənməyi bacarıb. Murad Süleymanov ötən il qonşu ölkədə keçirilən daha bir yarışda - dünya kubokunda bürünc mükafata yiyələnib.

Fərid Mehdiyev