Gəncəli boksçu Avropa çempionatında mübarizəyə qoşulur
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı Əzrək Bəbirov və Cəlal Qurbanov adlarını növbəti mərhələyə yazdırıblar. Yarışın ikinci günündə daha 4 təmsilçimiz mübarizəyə qoşulacaq. Onların arasinda Gəncə boks məktəbindən məşqçi Turqay Əliyevin yetirməsi olan 92 kq çəkidə Mirxəyal Məmmədov da var.
Lalə Nəsib