Gəncəli boksçu Avropa çempionatında ikinci qələbəsini qazanıb
2021-03-16 10:12
Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci görüşünü keçirib. Gəncə boks məktəbinin yetirməsi 67 kq-da yerli idmançını yarışdan kənarlaşdırıb. İsgəndərov 1/4 final qarşılaşmasına martın 19-da fransalıya qarşı çıxacaq.
Fərid Mehdiyev